MİT rəhbəri Pakistanda ordu və kəşfiyyat rəhbərləri ilə görüşdü


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Pakistanda ordu komandanlığı və kəşfiyyat rəhbəri ilə görüşüb.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, Kalın Əfqanıstandakı səfərindən sonra Pakistanın paytaxtı İslamabada gedib.

O, səfər çərçivəsində Pakistan Ordusunun Qərargah rəisi marşal Asim Munir və Pakistan Kəşfiyyat Xidmətinin rəhbəri Asim Malik ilə görüşüb. Kalın həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən qəbul edilib.

Görüşlərdə Türkiyə-Pakistan münasibətlərinin hazırkı vəziyyəti, gələcək əməkdaşlıq imkanları, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ