Qatığa kəklikotu əlavə etmənin faydaları – ARAŞDIRMA


Türk mətbəxinin vazkeçilməz hissəsi olan kəklikotu sağlamlıq sahəsində də adından söz etdirib. Qatıqla qarışdırıldıqda kəklikotunun faydaları qat-qat artır. Yalnız bir qaşıq kəklikotunun qatığa əlavə edilərək istehlak edilməsinin yaddaşı gücləndirdiyi və beyin sağlamlığına faydalı olduğu bildirilir.

Anadolunun ləziz mətbəxi hər biri möcüzə olan ədviyyatlarla bəzədilib. Bu ədviyyatlar arasında gizli qəhrəmanlardan biri də kəklikotudur. Antioksidant xüsusiyyətləri ilə tanınan kəklikotu immunitet sistemini gücləndirir və bədəni zərərli sərbəst radikallardan qoruyur. Kəklikotu təkcə ləzzət əlavə etmir, həm də bir çox sağlamlıq faydaları təmin edir. Üstəlik, bu möcüzəvi ədviyyatın gücü qatıqla birləşdirildikdə daha da artır.

Kəklikotu və Qatığın Beyin üçün Faydaları

Qatığa əlavə edilən bir çimdik kəklikotunun yaddaş və beyin sağlamlığına müsbət təsir etdiyi deyilir. Kəklikotunun tərkibində olan apigenin adlı flavonoid neyronlar arasında güclü əlaqə yaradaraq beyin sağlamlığını dəstəkləyə bilər. Bu neyronlar Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin qarşısının alınması və müalicəsində potensial rol oynaya bilər. Bu səbəbdən kəklikotu kimi flavonoidlərlə zəngin qidaları qatıq kimi gündəlik qida ilə birləşdirmək beyin sağlamlığı üçün sadə və təsirli bir üsul ola bilər.

Kəklikotu və Qatığın Digər Faydaları

Həzm sistemini tənzimləməyə kömək edir.

İmmunitet sistemini gücləndirir.

Soyuqdəymə və qrip kimi infeksiyalardan qoruyur.

Öskürək və boğaz ağrısını aradan qaldırır.

Dərinin sağlamlığını qoruyur.

Sümükləri gücləndirir.

Qan şəkərini balanslaşdırır.

Arıqlamağa kömək edir.

Kəklikotu və Qatıq Necə İstifadə Edilir?

Bir kasa qatığa bir çay qaşığı kəklikotu əlavə edib qarışdıra bilərsiniz.

Kəklikotu qatıqını səhər yeməyi və ya qəlyanaltılar üçün istifadə edə bilərsiniz.

Kəklikotu qatıqından salatlarınız üçün sous kimi də istifadə edə bilərsiniz.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ