Şara: Sanksiyalar qaldırıldı, Suriya üçün yeni dövr başlayır


Suriya Prezidenti Əhməd Şara beynəlxalq sanksiyaların ləğvini ölkəsi üçün tarixi dönüş nöqtəsi adlandırıb və “Suriyanın yenidən doğulduğunu” bildirib.

Turkustan.az xəbər verir ki, Şara Dubayda keçirilən Ərəb Media Sammitində çıxış edib.

O qeyd edib ki, 1979-cu ildən tətbiq olunan məhdudiyyətlər səbəbindən Suriyada maliyyə və bank sistemlərini bilmədən böyüyən nəsillər var.

Şaranın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və ABŞ Prezidenti Donald Trampın birgə səyləri Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı tarixi qərarın qəbulunda mühüm rol oynayıb.

Suriya xalqının sanksiyalara görə məsuliyyət daşımadığını vurğulayan Şara deyib:

Sanksiyaların qaldırılması ilə Suriya üzərindəki buxovlar qırıldı. Bundan sonra bu gəmini düzgün siyasət və addımlarla təhlükəsizliyə doğru yönləndirəcəyik.

Şara həmçinin Suriyanın investisiya, enerji və qida sektorlarında böyük imkanlar təqdim etdiyini, xüsusilə Körfəz ölkələrindən olan ərəb investorların ölkəyə marağının artdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ