AB: Rusiya təcavüzkarlıq siyasəti yürüdür


Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Litva hava məkanında pilotsuz uçuş aparatının vurulması və Rusiya freqatından Danimarka hərbi helikopterinə atəş açılması ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, fon der Leyen sosial media hesabında bu hadisələrin ayrı-ayrı insidentlər olmadığını bildirib.

“Avropa bir daha günə Rusiyanın məsuliyyətsiz və təhlükəli davranışı ilə başladı. Bunlar tək-tək hadisələr deyil”, – deyə o qeyd edib.

Fon der Leyenin sözlərinə görə, baş verənlər Rusiyanın Avropaya qarşı daha geniş təcavüz və təxribat siyasətinin bir hissəsidir.

Aİ Komissiyasının sədri vurğulayıb ki, Avropa İttifaqı NATO ilə birlikdə kollektiv çəkindirmə və müdafiə imkanlarını gücləndirir, eyni zamanda Rusiyaya qarşı təzyiqi artırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ