Fransada balıqçılar üsyan qaldırdı: Böyük etiraz aksiyası


Fransanın Buş-dü-Ron departamentinin Fos-sür-Mer şəhərində onlarla balıqçı yanacaq qiymətlərinin artmasına və iş şəraitinin pisləşməsinə etiraz edib.

Turkustan.az xəbər verir ki, Marsel yaxınlığında keçirilən aksiyada balıqçılar hökumətdən problemin həlli üçün tədbir görülməsini tələb ediblər.

Etirazçılar yük maşınları ilə şəhərdəki neft anbarının girişini bağlayıblar.

Yanacaq qiymətlərinin artması Fransada xüsusilə balıqçılar və fermerlər olmaqla bir sıra peşə qruplarına ciddi təsir göstərib.

Qiymət artımının əsas səbəblərindən biri kimi ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazında yaranan gərginlik göstərilir. Dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan boğazda vəziyyət enerji bazarlarında ciddi böhrana səbəb olub.

Fransada balıqçılar üsyan qaldırıblar: Yanacağın qiymətinin artmasına etiraz edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ