Sinif otağında elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Polis hərəkətə keçdi - VİDEO - FOTO


Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülərlə bağlı polis hərəkətə keçib.

Məlumata görə, məktəblilərin sinif otağında elektron siqaret çəkərək canlı yayım etməsi ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

Turkustan.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, həmin görüntülər 264 saylı məktəb-liseydə qeydə alınıb.

Sinif otağında elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Polis hərəkətə keçdi - VİDEO - FOTO

13:00

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

Oxu.Az-a daxil olan görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.


MANŞET XƏBƏRLƏRİ