Kuba ABŞ-ı ittiham etdi: “7 min konteyneri bloklayıblar”


Kuba Xarici İşlər naziri Bruno Rodrigez ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların xarici ticarətə ciddi zərər vurduğunu və bunun “dağıdıcı humanitar nəticələrə” səbəb olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Rodrigez sosial media hesabında ABŞ-ın Kuba iqtisadiyyatını və xarici ticarətini hədəf alan sanksiyalarına münasibət bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton beynəlxalq gəmiçilik şirkətlərinə təzyiq göstərir. Bunun nəticəsində müqavilələri bağlanmış və ödənişləri edilmiş təxminən 7 min konteyner dünyanın müxtəlif limanlarında saxlanılıb.

Rodrigez bildirib ki, konteynerlərin böyük hissəsində qida, dərman və tibbi ləvazimatlar var. Onun sözlərinə görə, bu yüklərin Kubaya çatdırılmasının qarşısının alınması ABŞ-ın Kuba xalqına qarşı həyata keçirdiyi “kollektiv cəza” siyasətinin bir hissəsidir.

“ABŞ-ın təhdidləri, təzyiqləri və şantajı Kubanın xarici ticarətini pozub və bu, dağıdıcı humanitar nəticələrə səbəb olub”, – deyə Rodrigez qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ