Putinlə Tramp razılığa gəlib – Lavrov hər şeyi açıqladı


“ABŞ və Rusiya prezidentlərinin Ankoricdə keçirilən sammitində müəyyən razılaşmalar əldə olunub”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Moskva Vaşinqtonun irəli sürdüyü təklifi heç bir dəyişiklik etmədən qəbul edib və bunun özü tərəflər arasında razılaşmanın olduğunu göstərir:

“Razılaşma əldə olunmuşdu. Sən təklif irəli sürürsən və qarşı tərəf həmin təklifi heç bir dəyişiklik etmədən qəbul edirsə, bu, razılaşma deyilmi? Əlbəttə, razılaşmadır. Ən azı dürüst insanlar arasında belədir”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ