Merz: Azadlığımız təhlükə altındadır!


Almaniya kansleri Fridrix Merz Avropanın qarşılaşdığı təhlükəsizlik təhdidlərinin uzun müddət davam edə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Merz 2026-cı il “Gənclər Araşdırmaları” mükafatının qaliblərinin təltif mərasimində çıxış edib.

“Azadlığımıza qarşı təhdidlərlə uzun müddət mübarizə aparmalı olacağıq”, – deyə Merz bildirib.

Kansler Finlandiyada keçirilən Avropa İttifaqı sammitində Şimali Avropa ölkələri ilə Arktika bölgəsində təhlükəsizlik məsələlərinin müzakirə edildiyini xatırladıb. Onun sözlərinə görə, sammitdə təqdim olunan məlumatlar təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırmayıb.

Merz xüsusilə Avropanın sualtı infrastrukturunun ciddi təhlükə altında olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ