Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində yerləşən Olhatovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya qüvvələri Ukraynada cəbhənin bütün istiqamətlərində irəliləməyə davam edir.
Bəyanatda bildirilir: “Şimal Hərbi Qüvvələrinin bölmələri Xarkov vilayətindəki Olhatovka yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Xarkov və Zaporojye vilayətlərində üç yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlamışdı.
Aytən Yaşar/ Turkustan.az