Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb


Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində BƏƏ-nin dövlət naziri Səid bin Mübarək Əl Haceri ilə görüşüb.
Görüşdə Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən ikitərəfli münasibətlər nəzərdən keçirilib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında bildirib ki, “Regional orta güclər kimi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verir”.

Hikmət Hacıyev Əbu-Dabidə BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşdüyünü qeyd edib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin gücləndirilməsi yolları, qarşılıqlı maraq doğuran məsələlər, eləcə də regionda baş verən son proseslər müzakirə olunub (APA).


MANŞET XƏBƏRLƏRİ