Zelenskinin siyasi gələcəyi təhlükədə: ABŞ Ukraynadan üz döndərir? - ŞƏRH


Rusiya ilə ABŞ arasında yaxınlaşma, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıldığı barədə iddialar və Donald Trampın Volodimir Zelenskiyə müharibəni bitirməklə bağlı xəbərdarlıqları beynəlxalq gündəmdə əsas müzakirə mövzularına çevrilib.

Moskva ilə Kiyev arasında danışıqların yenidən başlaması ehtimalı da diqqət çəkir. Vladimir Putinin danışıqlara yaşıl işıq yandırdığı bildirilir. Bütün bunlar Ukrayna müharibəsinin gələcəyi, ABŞ-Kiyev münasibətləri və Zelenskinin hakimiyyətinin taleyi ilə bağlı suallar doğurur. Görəsən, Vaşinqtonla Kiyev arasında münasibətlər hansı istiqamətdə inkişaf edir və baş verənlər Ukraynada siyasi dəyişikliklərə yol aça bilərmi?

Turkustan.az bu sualları politoloq Aydın Tağıyevə ünvanladı:

"Fikrimcə Putin və Tramp arasında yaxınlaşma müharibənin dərhal bitməsinə səbəb olmayacaq, amma ABŞ-ın Ukraynaya dəstəyini zəiflətməsi Kiyev üçün ciddi təhlükə yarada blər. Belə bir şəraitdə hakimiyyət dəyişikliyi riski də artır. Ukraynanın müqavimət gücü əsasən Qərbin hərbi və kəşfiyyat yardımlarına bağlıdır, bu yardımın azalması Rusiyanın üstünlüyünü möhkəmləndirmə ehtimalını çoxaldır.

Müharibə nəticələrini həll edən əsas məsələlərdən biri də enerji və iqtisadiyyatdır. Məslən Trampın Putindən dizel alması ABŞ-ın sanksiya siyasətinə ziddir və Rusiyaya əlavə maliyyə resursu qazandırır. Bu, Moskvanın müharibəni davam etdirmək imkanlarını gücləndirir.
Burada geosiyasi nəticələr də ürəkaçan olmay bilər ABŞ-Rusiya yaxınlaşması Avropada narahatlıq doğurur, çünki bu, Qərbin birliyini zəiflədə və Ukraynanı təcrid edə bilər.
Burda ABŞ silah, raket müdafiə sistemləri və kəşfiyyat məlumatlarını dayandırarsa, Ukraynanın müdafiə qabiliyyəti ciddi şəkildə azalacaq və risk altına düşmə ehtimalı çoxala bilər.
Burda bir xəfif reallıq var, hakimiyyət dəyişikliyi mümkündür, amma Ukrayna cəmiyyətində müqavimət iradəsi hələ ki, güclüdür. Zelenskiyə alternativ liderin ortaya çıxması Qərbin mövqeyindən asılı ola bilər.

Yekunda xüsusən onu qeyd edim ki, Putin-Tramp yaxınlaşması Ukraynanın maraqlarına zidd görünür. ABŞ-ın dəstəyini dayandırması Kiyevi həm hərbi, həm də siyasi baxımdan zəiflədər. Hakimiyyət dəyişikliyi ehtimalı artsa da, Ukraynanın müqavimət iradəsi və Avropanın dəstəyi hələlik Zelenski hökumətini ayaqda saxlayır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ