İtaliyanın Siciliya adası sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Turkustan.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Siciliyanın Palermo şəhərindən təxminən 98 kilometr aralıda olub. Yeraltı təkanların geniş ərazidə hiss edildiyi bildirilir.
Aytən Yaşar/Turkustan.az