İsrail tarixin ən böyük əməliyyatına HAZIRLAŞIR - Bütöv bir bölgə TƏXLİYƏ EDİLİR


İsrail Müdafiə Qüvvələri (İDF) İordan çayının qərb sahilində fəaliyyət göstərən silahlı qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə 1967-ci ildən bu günədək ən böyük hərbi əməliyyata hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyanatla çıxış edib.

"Sakinləri təxliyə edəcəyik, ev-ev axtarış aparacağıq, ərazidəki silahları müsadirə edəcəyik və bütün terror infrastrukturu tamamilə məhv ediləcək", - deyə "The Times of Israel" nəşri baş nazirin sözlərini sitat gətirib.

İsrail hökumətinin rəhbəri əməliyyatın başlanma tarixinin daha sonra açıqlanacağını bildirib.

Netanyahu vurğulayıb ki, bu addım İsrailin İordan çayının qərb sahilinə nəzarəti təmin etdiyi 1967-ci ildən bəri həyata keçirilən ən miqyaslı hərbi əməliyyat olacaq./Musavat.com


MANŞET XƏBƏRLƏRİ