Fransanın paytaxtı Parisin qərbində, Trappes şəhəri yaxınlığında baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, hadisə ilə bağlı terrorçuluq ehtimalı üzrə istintaq başlanıb, bir şübhəli saxlanılıb.
Fransa polisinin məlumatına görə, İvelin bölgəsində baş verən hadisə zamanı hücumçu nəqliyyat vasitəsindən atəş açaraq küçədə hərəkət edən insanları hədəf alıb. Hücumçunun 12 yaşlı qız da daxil olmaqla beş nəfərə atəş açdığı bildirilir.
Trappes şəhərinin meri Əli Rabeh hücumçunun “qırğın törətmək” niyyətində olduğunu bildirib.
Hücumun səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma davam edir.
Aytən Yaşar/Turkustan.az