Azərbaycandan Avropaya 67 manata uçmaq mümkündür - Ən ucuz ölkələr


Avropaya səyahət etmək istəyənlər üçün aviabilet qiymətləri əsas xərc amillərindən biridir. Bəzi istiqamətlərə münasib qiymətə bilet tapmaq mümkün olsa da, uçuş tarixi, baqaj, viza və yaşayış xərcləri səfərin ümumi büdcəsinə təsir göstərir.

Turkustan.az xəbər verir ki, aviabilet axtarış sistemlərində əks olunan qiymətlərə əsasən, Bakıdan Şengen vizası tələb olunan ölkələrə uçuş üçün ən sərfəli istiqamətlər arasında Slovakiya, Macarıstan və İtaliya yer alır.

İlkin axtarış nəticələrinə əsasən, bir istiqamət üzrə ən aşağı aviabilet qiymətləri belədir:

Slovakiya (Bratislava) – 67,02 manat;

Macarıstan (Budapeşt) – 90,18 manat;

İtaliya (Roma) – 109,25 manat;

Almaniya (Berlin) – 117,15 manat;

Çexiya (Praqa) – 162 manat.

Qeyd edək ki, göstərilən qiymətlər konkret tarixlər üzrə bir istiqamətli uçuşlar üçün aparılan ilkin axtarışın nəticələridir. Bu məbləğlər real vaxtda təsdiqlənmiş və hazırda satışda olduğu zəmanət verilən tariflər deyil. Biletlərin qiyməti bron zamanı dəyişə bilər.

Həmçinin qeyd olunan məbləğlərə gediş-dönüş bileti, baqaj, viza və yaşayış xərcləri daxil deyil. Sadalanan ölkələrə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarından, bir qayda olaraq, Şengen vizası tələb olunur./modern.az


MANŞET XƏBƏRLƏRİ