Venesuelada minlərlə insan müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun ölkəyə sağ-salamat qayıtmasını tələb edərək etiraz aksiyaları keçirib.
Turkustan.az xəbər verir ki, Maçadonun rəhbərlik etdiyi “Vente Venesuela” (VV) partiyasının təşkilatçılığı ilə paytaxt Karakasda və ölkənin digər bölgələrində nümayişlər keçirilib.
Etirazçılar prezident seçkilərinin keçirilmə tarixinin dərhal elan edilməsini və siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Mariya Korina Maçado daha əvvəl prezident seçkilərinin vaxtının açıqlanmasını tələb edərək tərəfdarlarını küçələrə çıxmağa çağırmışdı.
O, çağırışında insanları ailələri ilə birlikdə nümayişlərə qatılmağa və Venesuela bayrağını qürurla daşımağa səsləyərək bildirib: “İnanın ki, bu proses hər birimizdən asılıdır, çünki Venesuela azad olacaq”.
Aytən Yaşar/Turkustan.az