Kilsəyə silahlı hücum: 7 nəfər öldü


İordaniyanın cənubundakı Karak əyalətinin Hmud şəhərində kilsədə keçirilən dəfn mərasimi zamanı silahlı hücum baş verib, nəticədə azı 7 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, hadisə ilə bağlı təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.

Silahlı şəxslər paytaxt Ammandan təxminən 145 kilometr cənubda yerləşən Hmud şəhərindəki kilsədə dəfn mərasimi zamanı atəş açıblar.

İordaniya hökumətinin sözçüsü Məhəmməd Əl-Momani təhlükəsizlik qüvvələrinin hücumu araşdırdığını bildirib.

Şahidlərdən biri hücum edən şəxslərdən birinin Kalaşnikov avtomatından bir neçə dəqiqə ərzində atəş açdığını deyib. Hadisənin kameraya düşdüyü bildirilir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ