Melaniya Tramp Rusiya-Ukrayna atəşkəsinə vasitəçilik etdi


ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, birinci xanım Melaniya Trampın vasitəçiliyi ilə Rusiyanın nəzarətində olan Oleşki şəhərində Rusiya və Ukrayna qüvvələri arasında atəşkəs barədə razılıq əldə edildiyi bildirilir.

Turkustan.az xəbər verir ki, atəşkəsin oktyabrın 29-da qüvvəyə minəcəyi açıqlanıb.

Ağ Evin məlumatına görə, tərəflər humanitar yardımın şəhərə çatdırılması və mülki şəxslərin müəyyən edilmiş təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq məqsədilə Oleşkidə bütün hərbi fəaliyyətləri müvəqqəti dayandırmaq barədə razılığa gəliblər.

Bildirilir ki, şəhərin əhalisi təxminən 2 min nəfərə qədər azalıb.

Bu hadisə Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı ilə başlayan müharibəyə son qoymaq və Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlmək üçün təzyiq göstərdiyi bir vaxta təsadüf edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ