Marketdən aldığınız sosiskaların içindən çıxanlar dəhşətə gətirdi - VİDEO


Kulinar-texnoloq Mübariz Vəliyev kolbasa və sosiskaların zərəri haqqında danışıb.

Turkustan.az xəbər verir ki, o, sosiskaların tərkibində olan zərərli maddələr və qatqıları sadalayıb.

O bildirib ki, marketdə satılan sosiskaların tərkibində olan maddə insanlarda təzyiq problemi yaradır:

“Üzərində mal əti və toyuq hissələrinin olduğu yazılıb. “Toyuq hissələri” dedikdə, toyuq dərisi, qığırdaqları, yəni istifadə olunmayan hissələri nəzərdə tutulur. Stabizatorlar: E-450, turşuluq tənzimləyicisi E-330. Bir çox sosiskaların içərisində, əsasən, soya, nişasta, dəri tullantıları, E-250, sodium nitrit və dadlandırıcılar var. Bizim və körpələrimizin bunları istəməsinin əsas səbəbi onun içində olan koddur: E-621. Bu insanlarda asılılıq yaradır. Həmçinin dad yaradılmasına və məhsulun uzun müddət qalmasına kömək edir. Bu dad da baş ağrısı və halsızlıq yaradır. Beyin fəaliyyətinə təsir edir. Həmçinin təzyiqin yaranmasına səbəb olur”.

Mübariz Vəliyev iddia edir ki, hazırda Azərbaycanda marketlərdə satılan sosiskalar xərçəng yaradır:

“Onun tərkibində olan E-250 maddəsi natrium nitritdir. O, məhsulu rəngləndirir, bakteriayaların inkişafını dayandırır. Bu da xərçəng riskini artırır. “Mirozamin” adlanan xərçəngtörədici maddəyə çevrilir. Həmçinin sosiskaların tərkibinə toyuq dərisi, mal piyi, palma yağı, dadlandırıcı soyalar, nişastalar, sümük tozları və s. qatılır. Bununla da istehsalçılar həm büdcələrini qoruyur, həm də insanları zəhərləyirlər”. /yenisabah/


MANŞET XƏBƏRLƏRİ