Bu yağı istifadə edənlər fərqi dərhal görür - Xalq təbabəti nə deyir?


Azərbaycanda son illər təbii vasitələrə, xüsusilə qaratikan yağına maraq artıb. Maraqlısı isə odur ki, bu yağ heç də yeni deyil, qədim türkəçarə mənbələrində və xalq təbabəti kitablarında onun kimi bitkilərdən istifadə ilə bağlı geniş məlumatlar yer alır.

Turkustan.az xəbər verir ki, Azərbaycan xalq təbabəti uzun illər bitkilərdən hazırlanan yağlara əsaslanıb.

Məsələn, Nübar Həkimovanın “Azərbaycan xalq təbabəti” kitabında bitkilərlə müalicə üsulları, o cümlədən, müxtəlif yağların və təbii dəmləmələrin xalq arasında geniş istifadə edildiyi qeyd olunur.

Qaratikan yağı niyə bu qədər məşhurdur?

Mütəxəssislər bildirir ki, türkəçarədə ən çox istifadə olunan vasitələrdən biri də toxum və bitki yağları olub.

Qaratikan yağı da məhz bu ənənənin davamı sayılır. Xalq arasında o, xüsusilə immunitetin gücləndirilməsi, həzm problemlərinin aradan qaldırılması, dəri xəstəlikləri zamanı, saçların tökülməsinin qarşısını almaq üçün istifadə olunub.

Qaratikanın digər dərman bitkilərindən fərqli olaraq demək olar ki, bütün hissələri istifadə edilib. Xalq təbabətində əsasən, yarpaqları, meyvələri, toxumları, kökü, qabığı müalicə məqsədilə tətbiq olunub. Bu isə bitkinin xalq təbabətində nə qədər geniş istifadə edildiyini göstərir.

Qaratikan necə bitkidir və necə yetişir?

Qaratikan əsasən tikanlı kol bitkisi hesab olunur. Bu bitki daha çox dağətəyi və yarımsəhra iqlimində yaxşı inkişaf edir. Azərbaycanda xüsusilə Quba, Şəki-Zaqatala, Qarabağ bölgəsi və aran ərazilərində yabanı halda bitdiyi qeyd olunur.

Bitki yaz aylarında çiçəkləyir, payızda isə meyvə verir. Onun meyvələri xırda və tünd rəngli olur. Qaratikan torpağa çox tələbkar sayılmır və əsasən quraqlığa davamlı bitkilərdən biri hesab olunur. Buna görə də qədim dövrlərdə insanlar onu xüsusi olaraq əkib-becərmədən, daha çox yabanı halda toplayaraq istifadə ediblər. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ