ABŞ-nin “Journi Health” şirkəti arıqlamaq üçün nəzərdə tutulan “Melt” adlı şokolad təqdim edib.
Turkustan.az xəbər verir ki, məhsulun tərkibində “Eli Lilly” şirkətinin arıqlamaq üçün istehsal etdiyi “Foundayo” preparatının aktiv maddəsi olan orforqlipron yer alır.
Lakin bu şokolad adi mağazalarda satılmayacaq. Məhsulu yalnız həkim resepti əsasında əldə etmək mümkündür.
Şirkətin açıqlamasına görə, yeni məhsul inyeksiya etdirməkdə və ya tablet qəbul etməkdə çətinlik çəkən şəxslər üçün nəzərdə tutulub. İstehsalçı gündə bir parça şokolad qəbul edilməsini tövsiyə edir. /Musavat.com/