Karib dənizində üzən “Caribbean Princess” kruiz laynerinin 100-dən çox sərnişini naməlum mədə-bağırsaq infeksiyasına yoluxub.
Turkustan.az xəbər verir ki, bu barədə noyabrın 20-də “The New York Post” qəzeti məlumat yayıb.
“Sərnişinlərin əksəriyyətində hələ də simptomlar müşahidə olunmur. Vəziyyəti diqqətlə izləməyə davam edirik”, - deyə “Princess Cruises” şirkətinin nümayəndəsi bildirib.
Nəşrin məlumatına görə, 2936 sərnişindən 134-ü və 1132 heyət üzvündən 14-ündə xəstəlik qeydə alınıb.
Əsas əlamətlər arasında qusma və ishal müşahidə olunub. Xəstəlik gəminin noyabrın 11-də Fort-Loderdeyldən yola düşməsindən dörd gün sonra yayılıb.
İnfeksiyanın səbəbləri hələlik müəyyən edilməsə də, operator xəstəliyin “yüngül” keçdiyini açıqlayıb.
Hazırda layner planlaşdırılmış marşrut üzrə hərəkətini davam etdirir. 12 gecəlik nəzərdə tutulan kruiz proqramına Kolumbiyaya yan almaq və Panama kanalından keçid daxildir.
Gəminin noyabrın 23-də ABŞ-yə qayıdacağı gözlənilir. /Musavat.com/