Həftədə bir dəfə yeməklə damarları “təmizləyən” möcüzəvi qida


Yüksək xolesterol bu gün geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Vaxtında müdaxilə edilmədikdə infarkt, insult və ateroskleroz riskini artıran bu vəziyyət daha çox həyat tərzi və gündəlik qidalanma ilə bağlıdır.

Turkustan.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xolesterol səviyyəsini tənzimləmək və ürək-damar sağlamlığını qorumaq üçün bəzi qidaların rasiona mütəmadi daxil edilməsi böyük əhəmiyyət daşıyır. Son araşdırmalar isə xüsusi bir məhsulun – bamyanın bu sahədə gözlənilməz dərəcədə effektiv olduğunu ortaya qoyur.

Xolesterol nədir və niyə vacibdir?

Qanda olan yağlı maddə – xolesterol – iki əsas növə bölünür:

HDL (“yaxşı” xolesterol): Damarları qoruyur və ateroskleroz riskini azaldır.

LDL (“pis” xolesterol): Həddindən artıq olduqda damar divarlarında yığılır və tıxanmaya səbəb olur.

Yüksək LDL səviyyələri adətən qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və artıq çəki ilə əlaqələndirilir.

Xolesterolu təbii şəkildə aşağı salan qida

Araşdırmalara əsasən, həftədə cəmi bir porsiya bamya istehlakı yüksək xolesterol səviyyələrini nəzərəçarpacaq dərəcədə azalda bilir. Meyvə kimi təsnif olunsa da, bamya ən çox tərəvəz kimi istifadə edilir və damar sağlamlığı üçün son dərəcə faydalıdır.

Bamyanın tərkibində olan həlledici liflər LDL xolesterolun bağırsaqlarda sorulmasını azaldır, beləliklə, onun qanda yüksəlməsinin qarşısını alır. Bu xüsusiyyətinə görə mütəxəssislər bamyanı yüksək xolesterol problemi yaşayan hər kəsə tövsiyə edir.


MANŞET XƏBƏRLƏRİ