Almaniyanın xarici işlər naziri Johann Wadephul Rusiyanı Ukraynaya qarşı davam edən müharibəyə görə mükafat almamağa çağırıb.
Turkustan.az xəbər verir ki, Körber Fondunun Xarici Siyasət Forumunda etdiyi çıxışında Vadephul ABŞ-ın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı 28 bəndlik “sülh planı”nı dəyərləndirib.
Ukrayna məsələsində göstərdiyi səylərə görə ABŞ-a təşəkkür edən Wadephul, Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı heç bir qərarın ukraynalıların və avropalıların iştirakı olmadan qəbul edilməyəcəyini də təkrarlayıb.
Cenevrədə yaxşı danışıqlar aparıldığını vurğulayan Vadeful ABŞ-ın təklif olunan planı inkişaf etdirməyə hazır olmasını alqışladıqlarını qeyd edərək, bunun onları ədalətli, möhkəm və davamlı sülh təklifinə yaxınlaşdıracağını bildirib.
Vadephul sülh istədiklərini ifadə edərək, "Ancaq bu istəyin həyata keçib-keçməyəcəyini və ya heç olmasa ilk addım olaraq dərhal və qeyd-şərtsiz atəşkəsin olub-olmayacağını hələ bilmirik" dedi.
Aytən Yaşar/ Turkustan.az