Zelenski "Sülh Planı" üçün ABŞ-a gedir: Trampla görüşəcək


Ukrayna prezidenti Zelenski bu ay ABŞ prezidenti Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təqdim etdiyi “sülh planı”nı müzakirə etmək üçün ABŞ-a səfər edəcək.

Turkustan.az xəbər verir ki, Ukraynadan verilən açıqlamada, Zelenskinin bu ayın ən əlverişli tarixdə ABŞ-a səfərinin və Trampla razılığa gəlmək üçün son addımları atmasının gözlənildiyi bildirilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov prezident Vladimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırlanan “sülh planı” ilə bağlı prezident Donald Trampla görüşmək üçün ABŞ-a gedəcəyini açıqlayıb.

Umerov sosial media hesablarında yazdığı paylaşımda yüksək səviyyəli Ukrayna və ABŞ rəsmilərinin İsveçrənin Cenevrə şəhərində “sülh planı” ilə bağlı məhsuldar və konstruktiv danışıqlar apardıqlarını bildirib.

Umerov, ABŞ Prezidenti Trampın müharibəni bitirmək üçün göstərdiyi qətiyyətli səyləri təqdir etdiyini vurğulayaraq, "Cenevrə danışıqlarında razılaşmanın əsas şərtləri ilə bağlı ortaq anlaşma əldə edildi. İndi biz növbəti addımlarda avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Zelenskinin bu ayın ən əlverişli tarixdə ABŞ-a səfərini gözləyirik və Trampla yekun razılaşmanın əldə edilməsi üçün bu ayın sonunda razılaşacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ