Peyvəndlər autizmə səbəb ola bilər?


Peyvəndlər autizmə səbəb olmur.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb.

"Tədqiqatlar peyvəndlərlə autizm spektr pozğunluğunun inkişafı arasında heç bir əlaqə olmadığını göstərdi", məlumatda bildirilib.

Qeyd edək ki, sentyabrda ABŞ Prezidenti Donald Tramp son 30 ildə autizmin həddən artıq çoxalmasının peyvəndlərlə əlaqəli olduğunu iddia etmişdi. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin statistikasına istinad edən Tramp 2000-ci ildə hər 150 uşaqdan birinə autizm diaqnozunun qoyulduğunu bildirmişdi.

Beynəlxalq mərkəzlər və mütəxəssislər isə qeyd edir ki, son illərdə autizm spektr pozğunluğu o qədər də artmayıb, sadəcə autizmin diaqnostikası inkişaf edib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ