Rusiya: Tramp müharibələrin əsl səbəblərini həll etmir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın müharibələri dayandırmaq üçün göstərdiyi səyləri təqdir etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Lavrov “Fransa–Rusiya Dialoqu” Assosiasiyasının YouTube kanalına müsahibəsində cari məsələləri dəyərləndirib.

Lavrov Trampın “səkkiz müharibəyə son verdim” açıqlamasını şərh edərkən deyib: “Biz Trampın sələfləri kimi müharibələri başlamaq əvəzinə onları dayandırmaq cəhdlərini təqdir edirik. Bu müharibələr müvəqqəti olaraq dondurulmuşdu, atəşkəslər mövcud idi. Pakistan və Əfqanıstan arasında, eləcə də Kamboca və Tayland arasında atəşkəslər var idi. Lakin Devanqa və Konqo Respublikasında problemlərin əsas səbəbləri həll olunmamışdı.”

Sözügedən bölgələrdə və Qəzzada problemlərin yenidən gündəmə gəldiyini vurğulayan Lavrov əlavə edib: “Axan qanı dərhal dayandırmaq cəhdləri təqdirəlayiqdir. Lakin problemlərin uzunmüddətli həlli diqqətli, səbirli və tələskən olmayan təşəbbüslər tələb edir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ