ABŞ Venesuela sahillərində hərbi varlığını qoruyub saxlayır. Bu barədə mövzu ilə bağlı Fox Business-ə açıqlama verən Salazar qiymətləndirmələrini bölüşüb.
Turkustan.az xəbər verir ki, Venesuela ərazisinin “İran, Hizbullah, Həmas, Kuba, Nikaraqua və ABŞ-a nifrət edən digər düşmənlər” tərəfindən istifadə edildiyini iddia edən Salazar bildirib ki, ABŞ-ın Cartel de los Soles (Günəşlərin Karteli) təşkilatını “xarici terror təşkilatı” elan etməsindən sonra Maduro hökuməti hədəfə alınıb.
Onun sözlərinə görə, bu addımla Maduronu “götürmək” və ya “gedib onun rejiminə son qoymaq” üçün şərait yaradılıb.
Salazar həmçinin qeyd edib ki, Maduro keçmiş Kuba prezidenti Fidel Kastro kimi “cəsur” deyil və Venesuela hava məkanını ABŞ təyyarələri üçün bağlayıb. O deyib: “O, bilir ki, bizim oraya girmək üzrə olduğumuzdan xəbərdarıq.”
Aytən Yaşar/ Turkustan,az