Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə mümkün müdaxiləsi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, xüsusi televiziya proqramında cari hadisələrlə bağlı açıqlama verən Maduro ABŞ-ın Karib bölgəsindəki genişmiqyaslı hərbi fəaliyyətini dəyərləndirib.
ABŞ-ın ölkəsinə qarşı ola biləcək hərbi hücumuna diqqət çəkən Maduro, "Venesuellaya cəsarətlə dəstək verən hər kəsə minnətdarıq. Aylardır məruz qaldığımız psixoloji və siyasi müharibəyə baxmayaraq, izahı mümkün olmayan dəstək mesajları aldıq. Nə etsələr də, etsələr də, Venesuelanı ələ keçirə bilməyəcəklər" dedi.
ABŞ-ın çoxtərəfli hücumu altında olduqlarını vurğulayan Maduro, "Onlar Venesuelanı məğlub edə bilməyəcəklər. Biz yenilməzik. Necə ki, əvvəllər bunu bacarmayıblar, bir daha bacara bilməyəcəklər".
Venesuela xalqının ona olan dəstəyinin 70 faizə çatdığını qeyd edən Maduro, “ABŞ-dan gələn hərbi təhdid qəbul edilmir, sağın işğal çağırışları rədd edilir” deyib.
Aytən Yaşar/ Turkustan.az