Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhərində “İŞİD ideologiyasına bağlı bir terror hücrəsi”nin məhv edildiyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi agentliyi SANA, Latakiya polis rəisinə istinadən xəbər verib ki, şəhərin şimalındakı Bədrsu bölgəsində “İŞİD ideologiyasına bağlı olan və hücuma hazırlaşan terrorçu hüceyrəyə” qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə qarşıdurmanın baş verdiyi və nəticədə kamera üzvlərindən bəzilərinin nəzarətə alındığı, təslim olmaqdan imtina edən iki nəfərin isə öldürüldüyü bildirilib.
Xəbərdə “terror hücrəsinin məhv edildiyi” və təhlükəsizlik qüvvələrinin əməliyyat zamanı müxtəlif silah və sursatların ələ keçirildiyi, Suriya kəşfiyyat bölməsinin bir əməkdaşının isə ağır yaralandığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az