Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzinin tədqiqatçıları istilik şoku zülalı olan HSP90-un xərçəngə həssaslıq və müalicəyə qarşı müqavimətində yeni bir rolunu kəşf ediblər.
Turkustan.az xəbər verir ki, “Molecular Cell” jurnalında dərc olunmuş bir araşdırmada onlar HSP90-un BRCA1 genindəki müəyyən mutasiyaların təsirlərini "yumşalda", onların zərərli təsirlərini effektiv şəkildə maskalaya və döş xərçənginin inkişafını gecikdirə biləcəyini yazıblar. Lakin şiş hüceyrələrində zəiflik yaradan məhz bu qabiliyyətdir, HSP90-un bloklanması xərçəng hüceyrələrinin terapiyaya qarşı həssaslığını bərpa edə bilər.
Genetika üzrə dosent Georgios Karrasın rəhbərlik etdiyi tədqiqat HSP90-un bu "tamponlama" mexanizminin nə vaxt aktivləşdiyini erkən aşkar etməyə imkan verir. Bu, diaqnozu, proqnozu və müalicə nəticələrini yaxşılaşdırmaq üçün kombinasiyalı müalicə rejimlərinin seçilməsinə kömək edə bilər.
İstilik şoku zülalları zədələnmiş və ya səhv qatlanmış zülalları bərpa etməklə hüceyrələri stressdən qoruyur, lakin onlar normal şəraitdə də vacibdir. HSP90 bir çox zülalın düzgün qatlanmasına kömək edir. BRCA1 geni mühüm şiş basqılayıcısıdır və tərkibindəki mutasiyalar döş və yumurtalıq xərçəngi riskini artırır.
Bundan əlavə, bu cür "maskalanmış" mutasiyaları daşıyan şişlər PARP inhibitor terapiyasına daha az reaksiya verir və bu müqavimət birbaşa HSP90 aktivliyindən asılıdır.
Maraqlıdır ki, HSP90-un buferləşmə qabiliyyəti hətta adi qızdırma kimi xarici amillər tərəfindən asanlıqla pozulur. /Cebheinfo.az/