Ürək-damar xəstəlikləri dünyada ən çox görülən ölüm səbəblərindən biridir.
Turkustan.az milliaz-a istinadən xəbər verir ki, Kardiologiya Mütəxəssisi Dos. Prof.Dr.Mehmet Fatih Karakaş infarktların çox vaxt gözlənilmədən baş verdiyini qeyd edərək, sinə ağrısı, nəfəs darlığı kimi simptomların heç vaxt yüngül qəbul edilməməsi lazım olduğunu vurğulayıb.
Ürək darlığı keçirən bir insan vaxtında müalicə edilməzsə, bu, ciddi nəticələrə, hətta ölümə səbəb ola bilər. Ən çox görülən simptomlar arasında sinə ağrısı, nəfəs darlığı, qol, çiyin və ya boyuna yayılan ağrı, qarında sıxılma hissi, yorğunluq, ürəkbulanma, ürək döyüntüsü və soyuq tərləmə daxildir.
Mütəxəssislər bəzi insanların bu şikayətləri “yorğunluq”, “qastrit” və ya “stress” kimi səbəblərə bağlayaraq rədd etdiyini, lakin bunun böyük risk daşıdığını bildirirlər.