Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-ın "Axios" portalına müsahibəsində bildirib.
"Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik", – deyə o vurğulayıb. /Bakıvaxtı.az/