2016-cı ildə Aprel döyüşləri niyə dayandırıldı? – Elmar Məmmədyarov sirləri açdı


“2016-cı ildə kəndləri azad edəndə bizə qarşı təzyiqlər artdı. Gecə-gündüz zəng edirdilər ki, “götürdüyünüz torpaqları qaytarın”.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, sosial şəbəkələrdə “Vur, komandir, vur” şüarı ilə tanına əməliyyat həm də bir güc göstərisi idi:

“Hamısı yoxlama idi. Helikopterin vurulması da. Biz güc göstərməli idik. Necə ki Mübariz İbrahimov getdi, təkbaşına neçə ermənini öldürdü. Buna hərbi dildə “döyüşü kəşfiyyatla yoxlamaq” deyirlər. 2016-cı ildə bəzi əraziləri götürdük və bizə qarşı təzyiqlər başladı. Gecə-gündüz zəng edirdilər ki, götürdüyünüz torpaqları ermənilərə qaytarın. Onlar deyirdilər “siz döyüşlərə başlaya bilməzsiniz, əgər hansısa torpağı azad etmisinizsə, onu gərək qaytarasınız”. Ən böyük təzyiq amerikalılardan gəlirdi”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ