Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan


Mənim üçün ən çaşdırıcı məqam 18-19 oktyabr tarixlərində Nikol Paşinyan Rusiyanın müharibəni bitirmək təklifini necə rədd etməsi olub.

Turkustan.az Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan müsahibəsindəı deyib.

"Azərbaycan razılaşdı, amma Nikol Paşinyan müharibənin uduzacağını dəqiq bildiyi üçün imtina etdi, çünki Baş Qərargah ordunun artıq müharibəni davam etdirmək üçün resurslarının olmadığını bildirib. Bu hesabat mövcuddur. Lakin o, müharibəni davam etdirmək qərarına gəlib.

O izah edib ki, "mən bu qərarı xain adlandırılmamaq" üçün vermişəm. Bu qərar xalqımıza ən azı 2500 əlavə itki və ən azı 5000-6000 yaralıya başa gəldi. Bu, liderin hərəkətidirmi?", - deyə Ermənistanın ikinci prezidenti vurğulayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ