Oğurlanan 8 qızıl-zinət əşyası hələ də axtarılır.
Turkustan.az xəbər verir ki, oktyabrın 19-da Fransada dünyaca məşhur Luvr muzeyində baş verən soyğundan təxminən bir ay sonra hadisə ilə bağlı daha bir şübhəli şəxs saxlanılıb.
Milli mətbuatın polis mənbələrinə istinadən verdiyi məlumata görə, polis oktyabrın 19-da tarixi daş-qaşları oğurlayan dörd nəfərlik dəstənin sonuncu üzvünü tutub.
Şübhəlinin təşkilatın əvvəllər ələ keçirilən üç üzvü ilə əlaqəsi olduğu və Parisin Sen-Saint-Deniz ətrafından olduğu və ya orada yaşadığı bildirilir. Şübhəli barəsində mütəşəkkil cinayətkarlıq və iştirakçılıq ittihamı ilə istintaq başladılıb.
Şübhəlinin şəxsiyyəti və yaşı ilə bağlı hələlik məlumat verilmir.
Aytən Yaşar/ Turkustan.az