Bessent: Tramp Miladdan əvvəl yeni FED sədrini təyin edə bilər


ABŞ-ın maliyyə naziri Bessent bildirib ki, prezident Donald Trampın Milad bayramından əvvəl ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbərinin kim olacağı ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Turkustan.az
xəbər verir ki, Bessent iştirak etdiyi televiziya verilişində səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq FED sədri Jerome Powell-in potensial əvəzediciləri ilə davam edən danışıqları ilə bağlı açıqlamalar verib.

İkinci turun yekun iclasını bu gün keçirəcəyini deyən Bessent beş güclü namizədin olduğunu və hamısının onu heyran etdiyini açıqlayıb.

Bessent FED-in çox mürəkkəb bir struktura çevrildiyini və artıq təkcə pul siyasətini müəyyən etməkdən ibarət olmadığını bildirib.

FED sədrliyinə namizədlərin Amerika xalqını və iqtisadiyyatını qorumaq, eyni zamanda inflyasiya və məşğulluq hədəflərinə çatmaq kimi perspektivlərinin meyar olduğunu ifadə edən Bessent, "Məncə, hər şeyi bir az sadələşdirməliyik. Fed-in geri addım atması, sakitləşdirməsi və Amerika xalqı üçün çalışmasının vaxtıdır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ