Xərçəng daha öldürməyəcək - HƏKİM


Dünya əhalisini təhdid edən xərçəngdən sağ qalma nisbəti 50 il ərzində dörd dəfə artacaq.

Turkustan.az xəbər verir ki, bu xəbəri Britaniyanın Səhiyyə Departamentinin aparıcı həkimi, professor Stiven Poyuis “Telegraph”-a bildirib.

O, klinik sınaqlarda effektivliyi sübut edilmiş peyvəndlər səbəbindən ağciyər xərçənginin "daha az yayılacağını" söyləyib:

"Ağciyər və döş xərçəngi şişlərinin genetik profilini müəyyən edə bilən testlər var. Bu testlər xəstələrə tez bir zamanda fərdi müalicə almağa imkan verir".

Professor qeyd edib ki, son illərdə immunoterapiya, dərman müalicəsi və erkən aşkarlama sahəsində əldə edilən nailiyyətlər xəstələrin tam potensialını qoruyub saxlamaqla onların ömrünü əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

Xatırladaq ki, xərçəng xəstəliyi Azərbaycanda da çox yayılıb. Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.

Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ