Kimsə üzünə baxmır, amma ölümdən başqa hər dərdin dərmanıdır!


Yapon əzgili kimi tanınan bu meyvə tərkibindəki zəngin vitamin və minerallarla diqqət çəkir.

Turkustan.az xəbər verir ki, lif baxımından zəngin olan bu meyvə həzm sistemindən immunitet sisteminə qədər bir çox sahədə orqanizmə dəstək verir. Digər adı ilə muşmula adlanan bu meyvənin faydaları say-say bitmir.

BUDUR MUŞMULA ŞİRƏSİNİN FAYDALARI:
İmmuniteti gücləndirir
Bol miqdarda A və C vitaminləri ehtiva edir. Bu şəkildə bədəni infeksiyalara qarşı qoruyaraq immunitet sistemini gücləndirməyə kömək edir.

Liflə zəngin olan bu meyvə qəbizliyin qarşısını alır. Mədə sakitləşdirici təsiri sayəsində həzmi də asanlaşdırır.

GÖZ SAĞLAMLIĞINI QORUYUR
Tərkibindəki beta-karoten xüsusilə göz sağlamlığını qorumağa kömək edir. Daimi istehlak yaşla bağlı göz xəstəliklərinin qarşısını ala bilər.

DƏRİ VƏ SAÇ SAĞLAMLIĞINA TƏBİİ DƏSTƏK
Yapon əzgili antioksidan xüsusiyyətləri sayəsində dərinin qocalmasını gecikdirir və saçları gücləndirməyə kömək edir.

ÜRƏK-DAMAR SAĞLAMLIĞINI QORUYUR
Aşağı natrium və yüksək kalium tərkibi sayəsində muşmula qan təzyiqini tarazlaşdırmağa kömək edərək ürək sağlamlığını dəstəkləyir.

NƏZARƏT EDİLMƏLİ ŞEYLƏR
Faydalı bir meyvə olmasına baxmayaraq, həddindən artıq istehlak edildikdə mədə həssaslığı olan insanlarda narahatlıq yarada bilər. Onu da qeyd etmək lazımdır ki, toxum yeyilməməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ