Yolu azaraq Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımov oktyabrın 24-də Azərbaycana qaytarılıb.
Turkustan.az “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, daha əvvəl Ermənistanın Tavuş vilayətində aşkarlanan Qasımov Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib./modern.az