CHP Qrup sədrinin müavini Murat Emir fövqəladə qurultay çağırışı ilə bağlı toplanan 833 nümayəndənin imzasını Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə partiyanın mərkəzi qərargahına təqdim edib.
Turkustan.az xəbər verir ki, məhkəmənin CHP rəhbərliyini etibarsız elan etməsi və ardınca Kamal Kılıçdaroğlunun partiya lideri vəzifəsinə müvəqqəti təyin olunması qərarından sonra Özgür Özəlin koordinasiyası ilə nümayəndələr fövqəladə qurultay tələbi üçün imza toplamağa başlayıblar.
Bu gün CHP Qrup sədrinin müavini Murat Emir 833 notarial təsdiqlənmiş imzanı, 74 vilayət sədri və müxtəlif bölgələrdən gələn nümayəndələrlə birlikdə partiya qərargahına çatdırıb. Nümayəndələr binanın qarşısında CHP sədr müavinləri Nevaf Bilek və Adnan Demirci tərəfindən qarşılanıblar.
Digər tərəfdən, üzvlüyü etibarsızlıq qərarı səbəbilə ləğv edilən 170 İstanbul nümayəndəsi də notarial təsdiq olmadan fövqəladə qurultay tələblərini təqdim edib. Beləliklə, ümumilikdə 1033 nümayəndə imzası partiya mərkəzinə çatdırılıb.
Aytən Yaşar/ Turkustan.az