Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 71 milyon 27,2 min dollar dəyərində 11,2 min ton kərə yağı idxal edilib.
Turkustan.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağının idxalında miqdar ifadəsində ciddi dəyişiklik olmayıb. Belə ki, ötən ilin ilk 5 ayında ölkəyə 11,4 min ton kərə yağı idxal olunub.
Qeyd edək ki, kərə yağının idxalında miqdar ifadəsində ciddi dəyişiklik olmasa da, dəyər ifadəsində dəyişiklik baş verib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 5 ayında idxal olunan kərə yağının gömrük dəyəri 10%-dən çox azalıb. Əgər 2025-ci ilin ilk 5 ayında xaricdən idxal olunan 1 kiloqram kərə yağının orta gömrük dəyəri 11,9 manat olubsa, bu ilin ilk 5 ayında bu göstərici 10,7 manata düşüb.
Onu da bildirək ki, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 1,2 manat aşağı düşsə də, marketlərdə idxal kərə yağının qiyməti artıb. Ötən ilin aprel ayında marketlərdə idxal kərə yağının 1 kiloqramının orta satış qiyməti 23,6 manat olduğu halda, bu ilin aprel ayında 24,9 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, son bir ildə idxal kərə yağının pərakəndə satış qiyməti cəmi 5,5% və ya 1,3 manat bahalaşıb. /Yeniavaz.com/