“Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüslər” layihəsinin icrası davam edir


“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüslər”adlı layihə icrasını uğurla davam edir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi regionlarda məişət tullantılarının idarə edilməsi istiqamətində fəaliyyətləri monitorinq etmək, real vəziyəti qiymətləndirmək, hesabat sənədi hazırlamaqdır. Eyni zamanda bu istiqamətdə vətəndaşlar arasında məişət tullantılarının idarə olunması və çeşidlənməsi barədə ətraflı təbliğar kampaniyalarının aparılmasıdır.

Layihə çərçivəsində “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin perşəkar ekspertləri tərəfindən Saatlı və İmişli rayonlarında məişət tullantılarının idarə oiunması,çeşidlənməsi və utilizasiyası prosesləri monitorinq edilmişdir.Regionda çöl tədqiqat işləri aparılmışdır. Layihənin növbəti mərhələsi olaraq İmişli rayonunun Hacalmuradlı icmasında Təbliğat və təşviqat yolu ilə gəncləri ekoloji fəaliyyətə cəlb etmək, məişət tullantılarının səmərəli idarəsi bacarıqlarını öyrətmək və İmişli kəndlərində praktiki təşəbbüsləri başlatmaq məqsədi ilə seminar keçirilmişdir.

Seminarda dövlət qurumunun nümayəndələri,bələdiyyə üzvləri, kənd icmasının fəal aktiv üzvləri,müəllimlər və gənclər iştirak etmişdir. “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva Mərkəzləşdirilmiş poliqon problemi,kənd ərazilərində toplanma zəifliyi,təsərrüfat tullantılarının qarışması,məişət tullantılarının növləri,çeşidlənməsi və utilizasiya problemləri ilə bağlı geniş təqdimat etmişdir.

Seminarın sonunda iştirakçılar və ekspertlər arasında maraq doğuran məsələlər istiqamətində geniş müzakirə aparılmışdır.Sonda iştirakçılar belə bir aktual layihənin icrasına görə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinə və maiyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini ifadə etmişlər.

Fotolar


MANŞET XƏBƏRLƏRİ