Zelenski Türkiyə XİN başçısı Hakan Fidanı qəbul etdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən qəbul edilib.

Turkustan.az xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, Ukraynaya səfəri çərçivəsində Kiyevdə keçirilən görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və gündəmdəki digər mövzular müzakirə olunub.

Səfər çərçivəsində nazir Hakan Fidan Krım tatarlarının milli lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Kirimoğlu və Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovla da görüş keçirib.

Görüşlərdə Krım tatarlarının vəziyyəti, Ukraynadakı son proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ