Ukrayna beynəlxalq tərəfdaşlarını Rusiyanın mülki əhaliyə qarşı hücumlarına daha qətiyyətli və koordinasiyalı şəkildə reaksiya verməyə çağırıb.
Turkustan.az xəbər verir ki,Kiyev bu çərçivədə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya müdafiə dəstəyinin artırılmasını istəyib.
Bu barədə Ukraynanın ATƏT yanında daimi nümayəndəsi Yuri Vitrenko Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı-nın Daimi Şurasının iclasında çıxışı zamanı danışıb.
Vitrenko bildirib ki, "Kremlin hər bir sülh təşəbbüsünə cavabı dəyişməz olaraq qalır – mülki əhaliyə qarşı məhdudiyyətsiz terror".
Onun sözlərinə görə, son bir həftə ərzində Kiyev, Sumı, Odessa, Xerson və digər Ukrayna şəhər və qəsəbələri yenidən Rusiya hücumlarına məruz qalıb. Diplomat iddia edib ki, idarəolunan aviasiya bombaları, raketlər və pilotsuz uçuş aparatları yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini və insanların gündəlik fəaliyyət göstərdiyi əraziləri hədəfə alıb.
Aytən Yaşar/ Turkustan.az