Rus əsgərlərinə sağ qalmaq üçün cəmi 30 dəqiqə vaxt verilir - MKİ


Süni intellektlə təchiz olunmuş dronlar yüksək ixtisaslaşmış və ucuz ölüm maşınlarına çevrilib.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilən Müdafiə və İnnovasiya Sammitində bildirib.

O qeyd edib ki, Ukrayna süni intellektlə işləyən hücum dronları sayəsində rus əsgərlərinin döyüş meydanındakı ömrü orta hesabla cəmi 20-30 dəqiqəyə enib.

"Kəşfiyyatımız Ukraynada gördüyünüz bəzi açıq mənbəli hesabatlarla uyğun gəlir: Ukraynada döyüş meydanına gələn rus əsgərinin orta ömür müddəti 20-30 dəqiqədir", - o bildirib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ