Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”


Rusiya Bakı və İrəvanın "3+3" regional əməkdaşlıq platformasında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti görüşlərinin ardıcıllığı barədə razılığa gəlməsini gözləyir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bunu bildirib.

O, müvafiq razılaşmanın 2024-cü ilin oktyabr ayında İstanbulda keçirilən görüşdən sonra əldə edildiyini xatırladıb: pizza

"5 iyunda 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən "3+3" platformasının ilk ekspert sessiyasında iştirakçılar siyasiləşmədən konkret qarşılıqlı faydalı iqtisadi layihələrə diqqət yetirməyi fəal şəkildə müdafiə etdilər. Biz bu yanaşmanı tam şəkildə bölüşürük".

Xatırladaq ki, platformanın əvvəlki üç görüşü Moskva, Tehran və İstanbulda keçirilib.

"3+3" formatı Cənubi Qafqazın üç ölkəsini (Ermənistan, Gürcüstan və Azərbaycan) və üç böyük regional güc olan İran, Rusiya və Türkiyəni birləşdirən platforma kimi yaradılıb. Gürcüstan platforma çərçivəsində keçirilən heç bir görüşdə iştirak etməyib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ