Turistlər niyə Azərbaycana yox, Gürcüstana gedir?


“Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev? Sitat: “Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınının azalmasına təsir göstərib”.

Turkustan.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, bu ilin ilk 5 ayında Azərbaycana səfər edən turistlərin sayı keçən ilin eyni dövrünə görə 11% azalıb:

“Deməyinə düz deyir, amma doğruları söyləmir – ola bilər ki, Yaxın Şərqdə yaşanan gərginlik ölkəmizə səfər edən turist sayını azaldıb. Bu ilin ilk 5 ayında Azərbaycana səfər edən turistlərin sayı keçən ilin eyni dövrünə görə 11% azalıb.

Yaxşı, gəlin bölgəmizə baxaq, Hindistan, Pakistan, Yaxın Şərq bir tək bizə təsir edə bilməz axı, azalma varsa, bütün bölgədə turizm sayı azalmalıdır:

- 2026-cı ilin yanvar-may aylarında (eyni dövrü müqaisə edək) Gürcüstana gələn turist sayı 1 mln. nəfər olub, keçən ilin eyni dövrü ilə müqaisədə sayda 6% artım olub. Bu il Avropa İttifaqı (Aİ) və Böyük Britaniyadan gələn turistlərin sayında 30%-lik kəskin artım qeydə alınıb. Səudiyyə Ərəbistanından gələn turist sayı isə 36,3% artıb. Yaxşı, Səudiyyə körfəz ölkəsi deyil?! Bəs Gürcüstana niyə daha çox gəlirlər?!

- 2026-cı ilin yanvar-may aylarında Ermənistanı 825 384 turist ziyarət edib – bu ölkə tarixində rekord göstəricidir. 2025-ci ilin eyni dövrü ilə müqaisədə turist sayı 19,3% artıb. Ölkəyə gələn turistlərin 40%-ə yaxını Ermənistana quru sərhədlərlə keçib. Bu dövrdə Ermənistan Hindistandan və Körfəz ölkələrindən gələn turist sayı, keçən ilə nisbətən kəskin artıb, ən çox artım Hisdistandan gələnlərdədir.

Rəşad müəllim, bu necə olur ki, Pakistanla Hisdistan dalaşır, Körfəzdə dava düşür, amma, buralardan gələn turist sayı tək bizdə, Azərbaycanda azalır?! Bu əsl səbəbdirsə, Gürcüstanda, Ermənsistanda da azalma olmalıdır, elə deyilmi?! Bəlkə əsl səbəblərdən, bağlı qalan quru sərhədlərdən, bu sektorda rəqabətin azlığından, dövlətin tənzimləmə qurumlarının bu sektora mənasız müdaxilələrindən danışasınız?!” /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ