Hindistan Kremldən gələn tələbi rədd etdi


Hindistanın dövlət neft şirkətləri Rusiyanın benzin tədarükünü artırmaqla bağlı müraciətinə “yox” deyib.

Turkustan.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb. Məlumata görə, Rusiyanın “Rosneft” və “Qazprom Neft” şirkətləri Hindistanın iri neft emalı zavodlarına (o cümlədən “Indian Oil”, “Bharat Petroleum” və “Hindustan Petroleum”) əlavə benzin partiyaları üçün müraciət ediblər. Lakin Hindistan tərəfi ixrac üçün artıq yanacaq həcmlərinin olmadığını bildirərək bu təklifi rədd edib.

Qeyd edək ki, Rusiyada daxili bazarda yanacaq qıtlığı Ukraynanın Rusiya NEZ-lərinə endirdiyi zərbələrdən sonra kəskinləşib. Hazırda Rusiyaya Hindistandan yalnız iki partiya benzin gedir ki, bu da “Rosneft”in 49 faiz paya sahib olduğu “Nayara Energy” şirkəti vasitəsilə həyata keçirilir. Analitiklər hesab edir ki, Hindistanın bu imtinası Moskvanın enerji sektorunda yaşadığı ciddi çətinliklərin göstəricisidir. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ